top of page

        Üzvlük  

  • Birliyin məqsədlərini dəstəkləyən hər hansı bir fiziki və ya hüquqi şəxs birliyin üzvü ola bilər.

  • Üzvlük üçün olan müraciətlərə idarə heyəti qərar verir.

  • Üzvlük istefa, xaric və ya ölüm hallarında sonlandırıla bilir.

  • Üzvün könüllü istefası bir ay öncədən bildiriş müddəti nəzərə alınmaq şərtilə, yazılı bəyannamə şəklində idarə heyətinə bildirilməklə həyata keçirilir.

  • Hərhansı bir üzv dərnəyin məqsədlərini və mənafelərini ciddi şəkildə pozmuşsa, idarə heyəti tərəfindən həmin üzvün xaric edilməsi ilə bağlı dərhal qərar qəbul edilə bilər. Qətnamə qəbul edilməzdən əvvəl üzvə haqq qazandırmaq və ya şərh vermək imkanı tanınmalıdır. Üzvün xaric edilməsi ilə əlaqədar olan qərarın çıxarıldığı andan etibarən 4 həftə ərzində üzvün tələbi ilə idarə heyəti tərəfindən qərara yenidən baxıla bilər.

 

Birliyin aşağıdakı üzvləri var:
- Adi üzvlər (üzvlük haqqı məcburi, səs vermək hüququ)
- Dəstəkləyən üzvlər (üzvlük haqqı məcburi, səs vermək hüququ yoxdur)
- Fəxri üzvlər (üzvlük haqqı alınmır, səs vermək hüququ yoxdur)

 

  • Yalnız adi üzvlərin səs vermək hüququ var.

  • Üzvlər müntəzəm olaraq ödəniş etmək məcburiyyətindədirlər. Üzvlük haqqının miqdarı və ödəmə şərtləri idarə heyəti tərəfindən müəyyən edilir və üzlük haqqı qaydalarında qeyd olunur. İdarə heyəti, ayrı-ayrı hallarda 3 üzv haqqını azaltmaq və ya ləğv etmək səlahiyyətinə malikdir.

  • İdarə Heyətinin iclası könüllü yardımların toplanmasına və miqdarına qərar verir. Rüsumun miqdarı üzvlük haqqının altı mislindən çox olmamalıdır. Həlledici amil, ödəniş edən üzvün rüsumun alınması barədə qərar qəbul edildiyi zaman ödəməli olduğu illik haqqdır.

  • Dərnəyin məqsədinə sadiq qalan, müntəzəm olaraq üzvlük haqqını ödəyən və 18 yaşına çatmış hər hansı bir fiziki və ya hüquqi şəxs həqiqi üzv ola bilər. İdarə heyəti yazılı müraciət edildikdən sonra dərnəyin həqiqi üzvü kimi qəbul olunmasına qərar verir. Üzvlüyə qəbul və ya rədd barədə müraciət edən şəxsə yazılı məlumat verilməlidir. Üzvlük üçün müraciətin rədd edilməsinə etiraz edilə bilməz və əsaslandırılması mütləq deyil.

  • Dərnəyin məqsədinə sadiq qalan və müntəzəm olaraq üzvlük haqqını ödəyən hər hansı bir fiziki və ya hüquqi şəxs dəstəkləyici üzv ola bilər. Belə dəstəkləyici üzvlərin təklif vermək və ümumi yığıncaqlarda iştirak etmək hüququ vardır. Ancaq səs vermək hüququ yoxdur.

  • Birlik üçün yüksək səviyyədə dəstək göstərən və idarə heyəti tərəfindən fəxri üzvlük təklif edilən hər kəs fəxri üzv ola bilər. Fəxri üzvlərin təklif vermək və ümumi yığıncaqlarda iştirak etmək hüququ vardır. Ancaq səs vermək hüququ yoxdur.

bottom of page