Nizamnamə
Azərbaycanlı Tibb İşçilərinin Almaniyadakı Biriliyi ümumi maraqlar naminə, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır.
Baş ofis:
Friedenstr19,
65189 Wiesbaden,
Almaniya
Birliyin məqsədləri aşağıdakılardır:
-
Azərbaycanlı tibb işçilərinin peşə hazırlığının artırılması
-
Almaniyada yaşayan azərbaycanlı həkimlər, diş həkimləri, tibb tələbələri və elm adamları arasındakı əlaqələri və mübadilələri gücləndirərək görüşlərin, konfransların və s. təşkili
-
Azərbaycanlı həkimlərin və həmçinin akademik fəaliyyətlə məşğul olan tibb işçilərinin alman cəmiyyətinə inteqrasiyasına dəstək
-
Azərbaycan həkimləri arasında bilik və təcrübələrin tətbiqi imkanlarını araşdırmaq
Yuxarıda göstərilən məqsədləri həyata keçirmək üçün birlik əsasən aşağıdakı kimi fəaliyyət göstərir:
-
oxşar profilli digər təşkilatlarla əməkdaşlıq, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili
-
elmi konfranslar
-
birgə sessiyalar
-
bilik və təcrübə mübadiləsi toplantıları
-
forumlar
-
təhsil üçün təqaüdlərin təşkili
-
müxtəlif şirkətlər ilə digər mədəni-kütləvi tədbirlər
Biriliyin strukturunu idarə heyəti və ümumi üzvlərin toplusu təyin edir.
İdarə heyətinə daxildir:
-
Sədr
-
bərabər hüquqlu sədr müavinləri
-
mühasibat işçisi
Birliyin tərkibindəkilər üzvlər asagidakı kateqoriyalara ayrılırlar:
-
həqiqi üzvlər (üzvlük haqqı ilə, səs vermək hüququ ilə)
-
müxbir üzvlər (üzvlük haqqı ilə, səs vermək hüququ yoxdur)
-
fəxri üzvlər (üzvlük haqqı tələb olunmur, səs vermək hüququ yoxdur)
Nizamnamə yerli ədliyyə organının QHT- lərin qeydiyyatı üzrə reyestr şöbəsinə müraciət edildikdən sonra 3 dekabr 2020-ci ildə Wiesbaden şəhərində rəsmi olaraq təsdiq edilmişdir.