top of page

Azərbaycanlı Tibb işçilərinin Almaniyadakı ilk birliyinin saytına xoş gəlmisiniz! 

Sizləri birliyin rəsmi internet səhifəsində salamlamaqdan məmnunluq hissi duyuruq.

Birlik 2020-ci ilin Dekabr ayında Almaniya Federativ Respublikasının Wiesbaden şəhəri Ədliyyə baş idarəsinin 02.12.2020-ci il 7380 №-li qərarı ilə rəsmi qeydiyyatdan keçərək ictimaiyyətə təqdim olunmuşdur.

 

Nəzərinizə çatdırmaq istəyirik ki, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisinin təmsil edildiyi ilk cəmiyyət olaraq 2020 ci ildə rəsmi fəaliyyətə başlamışdır.

Birliyin əsas məqsədi alman və azərbaycanlı həkimlər arasında bilik və təcrübələrin qarşılıqlı ötürülməsi imkanlarını araşdırmaq və təkmilləşdirmək, həkimlər arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaqdır.
Bu yöndə görülən işlərin əsasında Almaniyada yaşayan azərbaycanlı həkimlər, diş həkimləri, tibb tələbələri və elm adamları arasındakı əlaqələri və mübadilələri gücləndirmək durur.

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin əsas hədəflərinin arasında eyni zamanda azərbaycanlı tibb işçilərinin peşə hazırlığının artırılması ilə bərabər, Almaniyada peşə kariyerasının ilk pillələrində olan həmkarlarımızın alman cəmiyyətinə inteqrasiyasına dəstək xüsusi yer tutur.  Birliyin fəaliyyətində maarifləndirmə işinə və təlimlərin keçirilməsinə də xüsusi yer ayrılıb. Bu baxımdan təhsil və sosial proqramların yaradılması, Azərbaycanda və Almaniyada konfransların təşkili və tibbi maarifin təbliği prioritet istiqamətdir.  Bununla yanaşı, birliyin eyni profilli yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı da ön planda durur.

Bunu nəzərə alaraq Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi öz ətrafında peşəkarlardan ibarət idarə heyəti və üzvlər toplamışdır.

 

Biz, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi olaraq ölkəmiz və dünya tibbinin maraqlarından çıxış edərək, formalaşan tibb elminin inkişafında aktiv və effektiv fəaliyyətimizi davam etdirəcəyik.

bottom of page