top of page

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB, qeydiyyata alındığı dildə AMD (Aserbaidschanische Mediziner in Deutschland) ən önəmli vəzifələrindən biri mütəmadi olaraq birlikdaxili və həmçinin Almaniya, Azərbaycan və digər ölkələrin tibbi, qeyri-tibbi rəsmi qurumlarıyla  qarşılıqlı elmi-işgüzar tədbir və yığıncaqların planlanması və təşkilidir. Birliyin təşkil etdiyi və ya iştirak etdiyi tədbir və yığıncaqlar haqqında məlumatlar Tədbir və yığıncaqlar təqvimi bölümündə elan ediləcəkdir. Əlavə məlumat əldə etmək istəyən həmkarlarımız çəkinmədən idarə heyəti üzvləri ilə əlaqə saxlayaraq məlumatlar əldə edə bilərlər.

Nəzərdə tutulan tədbirlər aşağıdakılardır:

  • İdarə heyəti üzvlərinin ildə 6 dəfədən az olmamaq şərtilə protokollaşdırılmış yığıncağı.

  • İdarə heyəti üzvlərinin təyin olunması məqsədilə keçirilən səsvermə (hər iki ildən bir). Bu səsvermə nəticəsində birlik üzvlərinin səs çoxluğu ilə yeni idarə heyəti təşkil olunur.

  • Birlik üzvlərinin illik elmi-işgüzar yığıncağı. Bu tədbirin təqvimi, təşkil olunacağı yer və tədbirdə iştirak üçün qeydiyyata alınma tədbirin planlandığı tarixdən öncə “Tədbir və yığıncaqlar təqvimi bölümündə elan olunacaqdır. Yığıncaqda sərbəst fikir mübadiləsindən əlavə birlik üzvləri tərəfindən müzakirə edilməsi arzu edilən mövzuların siyahısı tədbirin planlandığı tarixdən 10 gün öncəyə qədər tərtib ediləcəkdir. Müzakirə edilməsi arzulanan mövzuların qeydiyyat qaydaları (elektron poçt ünvanı) tədbirin dərc olunan elanında qeyd olunur. Zərurət yarandığı halda qrup üzvlərinin səs çoxluğu və idarə heyətinin təsdiqi ilə növbədənkənar yığıncağın keçirilməsi mümkündür.

  • Almaniya, Azərbaycan və digər ölkələrin tibbi və qeyri-tibbi rəsmi qurumlarıyla qarşılıqlı elmi-işguzar tədbirlər. Bu tədbirlər və qrup üzvlərinin iştirak qaydaları əlavə dərc olunması planlaşdırılan elanda qeyd olunacaqdır.

bottom of page