top of page

İyunun 10-da AMD-nin təşkilatçılığı ilə Frankfurtda təyin olunan həkimlərin növbəti görüşü

Hörmətli həmvətənlər, dəyərli həmkarlar,

İyunun 10-da AMD-nin təşkilatçılığı ilə Frankfurtda təyin olunan həkimlərin növbəti görüşünə az vaxt qalıb. Bu səbəbdən bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik.


Görüş Zeil 23, 60313 Frankfurt am Main ünvanında yerləşən Anadolu restoranlar şəbəkəsinin ikinci mərtəbəsində yerəşən ziyafət salonunda keçiriləcək.


AMD e.V.-nin təşkil etdiyi bu tədbirdə qonaqlar üçün şam yeməyi ilə yanaşı, axşam kiçik musiqili əyləncə proqramı (milli musiqiler, karaoke, mini disco və s.) da yer alıb. Yerlər məhdud olduğundan tədbirdə iştirak etmək AMD-üzvlərinə üstünlük veriləcək.

Əlavə olaraq bildirək ki, tədbirimizin və ziyafət gecəsinin bütün maliyyə xərcləri təvazökarlıqdan adının burada çəkilməsini istəməyən, biz həkimlərin yaxın dostu, alicənab azərbaycanlı bir xeyriyyəçi tərəfindən qarşılanır.


Proqram:

1. Giriş 17:00-dan etibarən (uzaqdan gələnlərin xahişini nəzərə alaraq vaxtı 15 00 dan 17 00a dəyişdik)

2. 18:00 rəsmi hissənin açılışı, salamlama və AMD qrupunda səsvermə ilə seçilən 3 mövzunun birgə müzakirəsi. Təkliflər, əlavə məlumatlar.

3. 19:30 Şam yeməyi (3 növ yemək, salat və s.), eyni zamanda müxtəlif bölgələrdən olan həkimlərlə görüş, qarşılıqlı fikir mübadiləsi, sonda çay/kofe desert.

4. Saat 20:30-dan tədbirin sonuna qədər: Musiqi, əyləncə (milli mahnılar, rəqslər, karaoke, mini disco)

Qeyd: Əlavə olaraq tədbir zamanı spirtli içkilər ödənişli olaraq iştirakçıların özləri tərəfindən sifariş edilə bilər.


Gələnlərin mənə əlavə olaraq inboxda qısa (mes. istirak etmek isteyirəm) mesaj göndərmələri xahiş olunur. Yerler məhdud olduğuna görə siyahı tərtib ediləcək. Artıq göndərənlərin ikinci dəfə yazıb bildirməsi vacib deyil.


Bu arada bildirim ki, hamını, dostlarımı, əzizlərimi bir arada görəcəyimə görə şəxsən mən indidən böyük sevinc hissi duyuram! Tezliklə Frankfurtda görüşənədək.


Hörmətlə AMD idarə heyəti


175 Ansichten0 Kommentare

コメント


bottom of page