
AMD-nin 5-ci, YUBİLEY KONFRANSI!
Sa., 01. Nov.
|Alpenhof Hotel Augsburg
Almaniyada çalışan azərbaycanlı tibb işçiləri üçün bilik, təcrübə və birliyə çağırış!
Tarix & Məkan
01. Nov. 2025, 12:30 – 02. Nov. 2025, 12:00
Alpenhof Hotel Augsburg, Donauwörther Str. 233, 86154 Augsburg, Deutschland
Tədbir Haqqında
AMD-nin 5 illik yubileyinə həsr olunmuş növbəti illik tədbiri bu il Augsburg şəhərində 01.11.2025 tarixində baş tutacaq.
Məkan: Patchworkhotel Alpenhof
Donauwörther Str. 233, 86154 Augsburg
Başlama saatı: 13:00 (qeydiyyat 12:30-13:00)
Drezdendə keçirilən tədbirdən qazandığımız xoş təcrübəyə əsaslanaraq, bu dəfə də tədbirdən sonra oteldə gecələmək və ertəsi gün birgə səhər yeməyi nəzərdə tutulub.
Qeyd: Otelin AMD-yə təqdim etdiyi xüsusi qiymətlərdən yararlanmaq üçün qeydiyyatı 15 sentyabr tarixinədək tamamlamalısınız. Bu tarixdən sonra edilən qeydiyyatlarda otel rezervasiyasını özünüz etməli olacaqsınız. Yer sayı məhdud olduğundan vaxtında qeydiyyat etməyinizi tövsiyə edirik.