
AMD-nin 5-ci, YUBİLEY KONFRANSI
01 noy, Ş.
|Patchworkhotel Alpenhof Augsburg
Almaniyada çalışan tibb işçiləri üçün bilik, təcrübə və birliyə çağırış! Qeydiyyatdan öncə tədbir haqqında məlumat və ödəniş şərtləri ilə tanış olmaq üçün aşağıdakı məlumatı oxuyun. Qeydiyyatla bağlı suallarınızı info@amedeu.de ünvanına göndərə bilərsiniz.


Time & Location
01 noy 2025, 12:30 – 02 noy 2025, 12:00
Patchworkhotel Alpenhof Augsburg, Donauwörther Str. 233, 86154 Augsburg, Deutschland
Guests
About the event
AMD-nin 5 illik yubileyinə həsr olunmuş növbəti illik konfransı bu il Augsburg şəhərində 01.11.2025 tarixində baş tutacaq.
Məkan: Patchworkhotel Alpenhof
Donauwörther Str. 233, 86154 Augsburg
Başlama saatı: 13:00 (qeydiyyat 12:30-13:00)
Drezdendə keçirilən tədbirdən qazandığımız xoş təcrübəyə əsaslanaraq, bu dəfə də tədbirdən sonra oteldə gecələmək və ertəsi gün birgə səhər yeməyi nəzərdə tutulub.
Qeyd: Otelin AMD-yə təqdim etdiyi xüsusi qiymətlərdən yararlanmaq üçün qeydiyyatı 15 sentyabr tarixinədək tamamlamalısınız. Bu tarixdən sonra edilən qeydiyyatlarda otel rezervasiyasını özünüz etməli olacaqsınız. Yer sayı məhdud olduğundan vaxtında qeydiyyat etməyinizi tövsiyə edirik.