![](https://static.wixstatic.com/media/979a88_8c89da260aa64c5f9f41906593705447~mv2.jpg/v1/fill/w_350,h_593,al_c,q_80,enc_auto/979a88_8c89da260aa64c5f9f41906593705447~mv2.jpg)
Çox dəyərli " Nə?, Harada? Nə zaman?" (NHN) həvəskarları. Daha öncədən də elan etdiyimiz kimi AMD-in və İnternationalSalonFrankfurt un təşkilatçılığı ilə 22 iyun 2024 tarixində Frankfurt am Main şəhərində NHN keçiriləcəkdir. Daha ətraflı məlumatlar aşağıdakı kimidir.
- Oyunun keçiriləcəyi yer: Cafe Hauptwache 2ci mərtəbəsi; Ünvan:An der Hauptwache 15, 60313 Frankfurt am Main
- Komandalar: 5 nəfərdən ibarət 7-8 komanda ( izləyici və oyunçu sayı birlikdə maksimum 60 nəfər)
- Qeydiyyat başlangıcı 14:00, oyun başlangıcı 15:00 - NHN ənənəsinə sadiq qalaraq dress code: klassik geyim
- Qeydiyyat: AMD həqiqi üzvləri üçün 15 avro, üzv olmayanlar üçün 30 avro. Bu məbləğə oyunun və keçiriləcək yerin təşkilatçılığı və qalibə veriləcək NHN kubok ( NHN bayquş) daxildir. Cafe də yemək və içkiləri öz hesabınıza sifariş edə bilərsiniz.
- Qeydiyyat üçün deadline 30 may 2024 dür( Maksimum iştirakçı sayını nəzərə alaraq qeydiyyat üçün deadline-i gözləməməyiniz məsləhətdir.) Qeydiyyat təsdiq Emaili bəzən spam bölümünə də düşə bilər.
- Oyunda sualların hazırlanması və oyunun aparılması üçün NHN-in professional iştirakçısı Denis Şabanova dərin təşəkkürlərimizi bildiririk.
Qeydiyyat elə bu saytın özündə mümkündür, link:
Comments