top of page
AutorenbildElshan Garayev

Müharibə iştirakçılarına professional psixoterapevtik dəstək.




Vətən müharibəsinın şanlı qələbəsinin ilk günlərindən mediada, sosial şəbəkələrdə yer alan xəbərlərdə müharibədən sonra psixoterapevtik dəstəyə ehtiyacı olan bir çox vətəndaşlarımızın olduğu hamıya məlumdur. Bir çox əsgər və zabitlərimiz və onların qohumları müharibənin gətirdiyi çətinliklərdən sonra psixi sarsıntı keçirirlər.


Azərbaycanlı Tibb Işçilərinin Almaniyadakı Birliyi (AATIB) təşkilatçılığı ilə həmin vətəndaşların vaxtında psixiatrik və psixoterapevt dəstəyi alması üçün bu ilin yanvar ayından etibarən „Müharibə iştirakçılarına professional psixoterapevtik dəstək“- adlı lahiyəyə start verilmişdir. Hal hazırda bu lahiyə çərçivəsində Almaniyada, həmçinin Azərbaycanda psixiatriya və psixologiya sahəsində çalışan könüllü mütəxəssislərdən ibarət komanda təmənnasız və tam anonim şəkildə fəaliyyətini davam etdirməkdədir. Psixoterapevtik dəstəyə ehtiyac duyan əsgər və zabitlərimiz və onların qohumları bizimlə info@amedeu.az –ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

70 Ansichten0 Kommentare

Aktuelle Beiträge

Alle ansehen

Comments


bottom of page